Bu gün Bakıda Azərbaycan turizm forumu işə başlayılb. Fed.az xəbər verir ki, forum iki paneldən ibarət olacaq. Hazırda birinci panel başlayıb və mövzu ənənəvi turizm, kiçik və orta otellər və ölkədə turizmin hazırkı vəziyyəti ilə bağglıdır. İlk spiker turizm üzrə türkiyəli mütəxəssis Ali Kutvan qeyd edib ki, Azərbaycan son illər ərzində qeyri-neft sektoru və "Made in Azerbaijan" istiqamətində ciddi addımlar atır. "Qardaş ölkənin turizm sektorunda innovasiya və kommunikasiya texnologiyalarından geniş istifadə edə bilməsi məni çox sevindirir. Bu gün dünya turizmində "Triz" texnologiyasından geniş istifadə edilir. Amma biz bundan xəbərsizik. Bu texnologiyanın yaradıcısı Altshuller 50 il Bakıda yaşayıb. Onun qurduğu bu yontəmdən inkişaf etmis bütün ölkələr istifadə edir. Amma biz bu dəyərli xəzinədən xəbərsizik. Buna çox təəssüf edirəm", - deyə A.Kutvan bildirib.
Qeyd edək ki, Forumun sponsoru "Günay Sığorta" şirkətidir.
Bakıda "Azərbaycan Turizm Forumu" keçirilir
11:26
25 Noy 2017