Bakı Turizm Kartı yay mövsümünə qədər istifadəyə veriləcək.
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin rəsmisi Kənan Quluzadə məlumat verib.
Söyləyib ki, kartın konsepsiyasında nəzərdə tutulur ki, hansısa biznes strukturlarında güzəştlər olsun: “Kartlar artıq çapa göndərilib. Ölkə üzrə belə bir kartın yaradılması hələ ki, nəzərdə tutulmayıb. Ola bilsin ki, gələcəkdə Bakı təcrübəsi regionlarda da tətbiq edilsin”.
Qeyd edək ki, kartlar 24, 72 saatlıq və 1 həftəlik olacaq. Bu kartlar 35, 60 və 90 manatlıq nəzərdə tutulub.
Eləcə də bax: Yekaterinburq - Bakı aviareysi açılır - QİYMƏT