Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq 723,6 milyon manat olub. Başqa sözlə, restoranların gündəlik ümumi dövriyyəsi 2,4 milyon manat təşkil edir.
Bakı Şəhər Statistika Komitəsindən FED.az-a bildiriblər ki, dövriyyənin 45,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 15,9 faiz artaraq 326,8 milyon manat təşkil edib.