"Bakı-İslamabad birbaşa hava reysinin açılışı bu ilin iyulunda gözlənilir."
Bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib.
Onun sözlərinə görə, son iki il ərzində yüksək səviyyəli qarşılıqlı səfərlərin sayı artıb: "Həmçinin turistlərin sayı da artıb. Belə ki, ötən il Pakistandan Azərbaycana gələn turistlərin sayı 17 min nəfərdən çox olub, bu ilə isə aviareysin açılması ilə əlaqədar sayın 25-30 minə qədər artacağı gözlənilir".