“Azərbaycan Hava Yolları” QSC (AZAL) martın 1-dən etibarən Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirəcək. Uçuşların sayı həftədə dörd dəfə nəzərdə tutulub.
Eləcə də bax: AZAL Bakı-Moskva reyslərinin sərnişinlərinə - Müraciət Edib
FED.az xəbər verir ki, AZAL artıq biletləri satışa çıxarıb.
“Fly Dubai” aviaşirkəti isə martın 2-dən etibarən Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirəcək. Martın 2-dən etibarən həftədə üç dəfə, martın 18-dən isə aviareyslər hər gün olacaq.
Qeyd edək ki, Azərbaycan martın 17-dən koronavirus pandemiyası səbəbilə Birləşmiş Ərəb Əmirliklərinə müntəzəm reyslərini dayandırıb.