2020-ci il iyulun 1-də “Azmont Investments” MMC Monteneqroda “One&Only” otelini ziyarətçilər üçün açacaq.
Eləcə də bax: Azərbaycan holdinqi - 9 OTEL TİKƏCƏK
FED.az məlumat verir ki, “Otel Kumbor qəsəbəsində Boko-Kotor körfəzinin sahilində köhnə kazarmaların yerində yerləşən Portonovi elit kompleksin ərazisində yerləşir. Mehmanxana geniş qonaq otaqları, panoram pəncərələr, eyvanlar və kaminlərlə 113 nömrədən ibarətdir”, - Balkan mətbuatı məlumat verir.
Portonovi kompleksi varlı müştərilərə yönələn “One&Only” kurorlar şəbəkəsinə daxil olacaq. Monteneqroda otel Avropada bu şəbəkənin ilk oteli olacaq. Kompleksin sahəsi 26 hektar təşkil edəcək, bura otel, spa-mərkəz, super-qayıqlar üçün liman, fərdi iqamətgahlar, villalar və evlər, mağazalar və restoranlar daxil olacaq.
Layihəyə sərmayələrin ümumi dəyəei 1 milyard avro həcmində qiymətləndirilir.
2012-ci ildə Monteneqroda keçmiş hərbi obyektin yerləşdiyi ərazinin 90 il müddətinə icarəsinə dair tender keçirilib. SOCAR şirkəti (ARDNŞ) tenderin qalibi olub. Layihənin Monteneqroda reallaşdırılması məqsədilə “Azmont Investments” MMC (“PASHA Development, AtaHolding və Synergy Group tərəfindən yaradılan “Azerbaijan Global Investments”in (AGI) törəməsi) yaradılıb.
Kumbor qəsəbəsində tikinti işlərinə 2016-cı ildə başlanıb
İnterfaks