Dövlət Statistika Komitəsi 2020-ci ilin yanvar ayı üçün turizm statistikasın açıqlayıb.
FED.az xəbər verir ki, 2019-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 21,5 faiz artaraq 433,7 min nəfər olub.
Eləcə də bax: İrana gedən azərbaycanlıların - SAYI ARTIB
Ölkə vətəndaşlarının 38,1 faizi İrana, 29,9 faizi Gürcüstana, 16,8 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 1,1 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,4 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,2 faiz, Gürcüstana gedənlərin sayı 29,9 faiz, Türkiyəyə gedənlərin sayı 15,9 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,1 faiz azalıb.
2020-ci ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,2 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,6 faizi isə su nəqliyyatından istifadə edib.