“Azərbaycanla İndoneziya arasında birbaşa avireyslərin həyata keçirilməsini istəyirik”.
FED.az xəbər verir ki, bunu açıqlamasında İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani deyib.
Onun sözlərinə görə, İndoneziyadan Azərbaycana səfər edənlərin sayı ilbəil artır: “Belə ki, bu il təxminən 6 mindən çox insan İndoneziyadan Azərbaycana səfər edib, ötən il isə bu rəqəm 4 min nəfər olub. Bu ilin 10 ayında isə Cənubi Qafqazdan is 2 min insan İndoneziyaya səfər edib. Azərbaycanla birbaşa aviareyslən olmadığına görə, indoneziyalılar Azərbayacana əsasən Türkiyə və Rusiyadan keçməklə gəlirlər”.
Səfir vurğulayıb ki, noyabrda İndoneziyadan Azərbaycana səfər edənlərin sayının artacağını gözlənilir: “Çünki indonozeyalı film prodüsseri Azərbaycanda “Leyla və Məcnun” filmini çəkəcək. Belə ki, Leyla rolunun ifaçısı İndoneziyadan, Məcnun rolunun ifaçısı isə Azərbaycandan olacaq”.
Report