Azərbaycanın məşhur otellərindən biri özəlləşdirməyə çıxarılıb.
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Balakəndəki "Qubek Otel" istirahət zonasını hərraca çıxarıb. Komitədən verilən məlumata görə, hotelin özəlləşdirilməsi üzrə hərrac martın 13-də keçiriləcək. Dörd ulduzlu hotelə ilkin qiymət olaraq 18,2 milyon manat qiymət qoyulub. Bunun 18 milyon maeatı otelin özünün, 200 min manat isə yerləşdiyi 1,34 hektarlıq torpaq sahəsinin qiymətidir.
Balakənin mərkəzində yerləşən «Qubek» hoteli burada səviyyəsinə görə, ən yaxşı hotel sayılır. Sahəsi 9,3 min kvadrtmetr olan hoteldə 63 nömrə var. Onlardan 24-ü standart,, 30-u delüks, 9-u isə VIP-dir. Nömrələrdə bütün şərait və rahatlıq yaradılıb. Burada açıq və bağlı hovuzlar, eləcə də ətraf əraziyə əla mənzərənin açıldığı kanat yolu da var. "Qubek" mehmanxanası indiyədək SOCAR-ın Sosial İnkişaf İdarəsinin balansında idi və neftçilər üçün istirahət yerlərindən biri sayılırdı.
Azərbaycanın məşhur oteli satışa çıxarıldı – 18 MİLYON MANAT
14:34
12 Fev 2018