Koronavirus ilə əlaqədar risklər Azərbaycandan digər ölkələrə aviabiletlərin azalmasına səbəb olub.
Eləcə də bax: Tbilisidə otel rezervasiyalarının - 90%-İ LƏĞV OLUNDU
FED.az xəbər verir ki, “Növbəti ölkə və ya şəhərdə koronavirusun aşkar edilməsi ilə bağlı xəbər çıxan kimi istifadəçilər həmin istiqamətə daha az aviabilet axtarırlar və alırlar. Ümumilikdə, axtarış sorğularının sayı ən azı 10% azalır. Bu cür azalma, ilk növbədə, səyahət edənlərin koronavirusa yoluxma qorxusu ilə əlaqədardır”, - Aviasales qeyd edir.
“Son ay ərzində Azərbaycandan digər ölkələrə aviabiletlərə tələbat 12% azalıb. Son həftə ərzində Azərbaycandan İtaliyaya biletlərə tələbat 13% azalıb. Eyni zamanda, digər ölkələrdən Azərbaycana aviabiletlərə tələbat 3% azalıb”, - Aviasales qeyd edir.
Aviasales MDB, Şərqi Avropa və Afrika ölkələrində fəaliyyət göstərən aviabiletlərin ən iri axtarış sistemidir. Hər ay bu sistemdən 15 milyon nəfər istifadə edir.
İnterfaks