2020-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2019-cu illə müqayisədə 4,8 dəfə azalaraq 1 164,6 min nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkə vətəndaşlarının 29,2 %-i İrana, 26,4 %-i Gürcüstana, 18,9 %-i Rusiyaya, 16,4 %-i Türkiyəyə, 9,1 %-i digər ölkələrə səfər edib. Gedənlərin 70,4 %-ni kişilər, 29,6 %-ni qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə, Gürcüstana gedənlərin sayı 5,2 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 4,5 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.
Ötən il xarici ölkələrə səfər etmiş ölkə vətəndaşlarının 73,2 %-i dəmir yolu və avtomobil, 23,8 %-i hava, 3 %-i isə dəniz nəqliyyatından istifadə edib.