2019-cu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5% artaraq 731,6 min nəfər olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 36,5%i İrana, 26,2%i Gürcüstana, 18,4%i Rusiya Federasiyasına, 9,8%i Türkiyəyə, 1,1%i Ukraynaya, 1,0%i Birləşmiş Ərəb Əmirliklərinə, 7,0%i isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,7%i kişilər, 32,3%i isə qadınlar olmuşdur.
Eləcə də bax: Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib? – SİYAHI
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8%a, Rusiya Federasiyasına gedənlərin sayı 7,3%, Gürcüstana gedənlərin sayı 7,0%, Türkiyəyə gedənlərin sayı isə 1,9% artmışdır.
Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,0%i dəmir yolu və avtomobil, 16,1%i hava, 0,9%i isə su nəqliyyatından istifadə etmişdir.
Azərbaycandan xaricə gedən turistlərin sayında - BÖYÜK ARTIM
14:48
19 Mart 2019