“Rusiya Dəmir Yolları” Minvodı ilə Bakı arasında “Lastoçka” sürət qatarlarını işə sala bilər.
FED.az-ın Trend informasiya agentliyinə istinadən məlumatına görə, şirkət lazımi infrastruktur hazırlığından sonra bununla bağlı layihənin müzakirəsini nəzərdə tutub.
Stavropol və Dağıstandan keçəcək sürət qatarlarının regionda turist axınını gücləndirməsi gözlənilir.
Məlumata görə, Rusiyanın Şimali Qafqaz İşləri üzrə Nazirliyinin nəzdində yaradılan işçi qrupu Mineralnıe Vodı - Bakı sürət qatarının buraxılması üzrə yol xəritəsi hazırlayır. Layihənin əsas məqsədi sərnişinlərin Bakıdan Minvodıya daha tez və rahat çatmasını təmin etməkdir.
Sürət qatarı işə düşərsə, Minvodıdan Dərbəndə 3,5, Bakıya isə 4,5 saata çatmaq mümkün olar.
Azərbaycandan Rusiyaya yeni qatar açılacaq
20:26
23 Avq 2018