Bu ilin ilk 11 ayında Azərbaycandan İrana gedənlərin sayında ciddi artım var.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildiriir.
Eləcə də bax: Azərbaycandan Avropaya gedənlərin - SAYI ARTIB
Mədumata görə, 2019-cu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz artaraq 5 milyon 95 min nəfər olub.
Azərbaycanlıların ən çox getdiyi ölkə İrandır – statistikaya görə, vətəndaşlarının 36,7 faizi İrana, 28,7 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,5 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib.
Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artıb.
Yanvar-noyabr aylarında Azərbaycan vətəndaşlarının 82,5 faizi xaricə dəmir yolu və avtomobil, 16,8 faizi hava, 0,7 faizi isə su nəqliyyatı ilə gedib.