Banner

Turizm

Azərbaycandan Gürcüstana gedənlərin sayı azalıb

Azərbaycandan Gürcüstana gedənlərin sayı azalıb | FED.az
14:22 7 Fev 2019
Ötən ay Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 92 341 nəfər təşkil edib.

FED.az xəbər verir ki, illik müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 3 218 nəfər və ya 3,4% azalıb.

Azalmanın qeydə alınmasına baxmayaraq, Azərbaycan vətəndaşları yanvar ayında Gürcüstana səfər edən əcnəbilər arasında birinci yeri tutub.

İkinci yerdə 85 922 nəfərlə Rusiya, üçüncü yerdə isə 77 968 nəfərlə Ermənistan qərarlaşıb.

Yanvar ayında Gürcüstana, ümumilikdə,528 678 əcnəbi ziyarətçi səfər edib. Onların 305 939nəfərini turistlər təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 17 061 və yaxud 5,9% çoxdur. 


Eləcə də bax: Aviabilet alıb-satanlar vergini necə ödəməlidir? - İZAHAT

 
 

Digər xəbərlər

Banner