Turizm

Azərbaycandan Gürcüstana gedənlərin sayı - 12% ARTIB

Azərbaycandan Gürcüstana gedənlərin sayı - 12% ARTIB | FED.az
19:21 24 Yan 2020

Ötən il Azərbaycandan Gürcüstana gedənlərin sayı 2 015 435 nəfər təşkil edib.

Eləcə də bax: Azərbaycan ötən il Gürcüstana ən çox - TURİST GÖNDƏRƏN ÖLKƏ OLUB

FED.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayı 12% artıb.

Ötən il Gürcüstana qonşu ölkələrdən ən çox Azərbaycandan yollanan olub.

2019-cu ildə Gürcüstan ərazisinə ümumilikdə 9 024 392 nəfər daxil olub ki, bu da illik müqayisədə 8,4% çoxdur. Ziyarətçilərin 4 392 284 nəfəri Gürcüstanda 24 saat və ya daha çox qalıb, 2 010 456 nəfər qonşu ölkəyə tranzit, 2 621 652 nəfər isə digər məqsədlərlə gedib. 

Digər xəbərlər