Banner

Turizm

Azərbaycandakı otellərin sayı - AÇIQLANIB

Azərbaycandakı otellərin sayı - AÇIQLANIB | FED.az
15:57 12 Aprel 2019

Bu ilin yanvarın 1-ə olan vəziyyətə görə, Azərbaycanda 596 mehmanxana müəssisəsi qeydiyyatdan keçib. 2018-ci il ərzində 33 yeni otel fəaliyyətə başlayıb, onlardan 15-i Bakıdadır. FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Turana bildiriblər.

Mehmanxanalarda eyni vaxtda 46,7 min nəfərin yerləşə biləcəyi 22,2 min nömrə var (+6,8%). Bakının mehmanxana nömrələrinin xüsusi çəkisi ölkənin mehmanalarının nömrə fondunun 46%-dən çoxunu təşkil edir. Bu zaman Bakı mehmanxanalarında yerləşdirmə yerləri (18,6 min) 25% artıb.

Eləcə də bax: Azərbaycanın ən məşhur otelləri – TOP-10

Digər xəbərlər

Banner