Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Göygöl Milli Parkına motorlu qayıq gətirilib. Bu barədə FED.az-a Göygöl Milli Parkının direktoru Xaliq İsgəndərov məlumat verib.
Onun sözlərinə görə, hər il ilin bütün fəsillərində, xüsusən də yay mövsümündə Göygölə on minlərlə yerli və xarici turist gəlir. Ona görə də milli parka gələnlərin istirahətini daha yadda qalan etmək üçün turistlərin motorlu qayıq vasitəsi ilə müəyyən olunmuş marşrut üzrə istirahət etməsini məqbul sayıb.
Məlumata görə, motorlu qayıq bir dəfəyə 12 nəfər götürə bilər. Amma direktor bildirib ki, qayıqla gəzinti xidməti ən yaxşı halda gələn ilin yayından başlanacaq: «Belə xidətin işə düşməsi üçün FHN və digər qurumlardan icazələr toplanmalı, eləcə də qayığı idarə edəcək heyət yaradılmalıdır. Buna isə vaxt lazımdır və bu mövsümün sonunadək bu işləri tamamlamaq olmayacaq».
X.İskəndərov bildirib ki, qayıqla gəzintinin xidmət haqqı da hələ məlum deyil, bütün bunlar xidmətə başlananda məlum olacaq.
Milli Parkın direktoru parkın ərazisində iaşə obyektlərinin az olmasına da aydınlıq gətirib, onun sözlərinə görə. Yaxın vaxtlarda burada yeni kafe və restoranlar açılacaq.
Azərbaycanda turistlər üçün - YENİ XİDMƏT BAŞLAYIR
23:59
16 Sen 2018