Azərbaycanda hər il 1,2 milyon nəfər maddi imkanı çatmadığına görə səyahətdən imtina etməli olur. Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Eləcə də bax: Gələn il Azərbaycanda turizm sahəsinə - VERGİ GÜZƏŞTLƏRİ BAŞLAYIR
Komitədən Azərbaycan vətəndaşlarının səyahətdən imtina etmələrinin əsas səbəbləri açıqlanıb. Məlumatlara görə, 2019-cu ilin yanvar- sentyabr aylarında 6 milyon 321,2 min nəfər səyahətə çıxmayıb. Bunun əsas səbəbləri vaxt azlığı, maddi imkanın olmaması, qiymət və xidmətlərin qane etməməsidir.
Eləcə də bax: Bölgələrdə kurortların “Yeni il” qiymətləri – 3 GECƏYƏ 7 536 MANAT - QİYMƏTLƏR
Araşdırma göstərib ki, turizm səfərinə çıxmamağın əsas səbəbi vaxt azlığıdır. Belə ki, səyahətə çıxmayan hər 3 nəfərdən biri bunu vaxtın olmaması ilə izah edib. 1 milyon 235,9 min nəfər bildirib ki, ev təssərrüfatında öhdəliklə bağlı boş vaxtları yoxdur. Bu – səyahədə çıxmayanların təqribən 20%-i deməkdir. Daha 1 milyon 11,3 min nəfər (16%) isə iş yerində asudə vaxtın olmadığını və buna görə səyahət etmədiklərini bildirib.
163,2 min nəfər (2,6%) isə təhsilə görə vaxtı olmadığından səyahətə çıxa bilmir.
Azərbaycanda vətəndaşların bir hissəsinin isə səyahətə çıxmaması iqtisadi səbəblərlə bağlıdır. 1 milyon 193,4 min nəfər (və ya səyahətə getməyənlərin 18,9%-i) maddi imkanı olmadığınlan səyahətə çıxmır. Təxminən eyni sayda vətəndaş - 1 164,8 min nəfər və ya səfər etməyənlərin 18,4%-i isə mehmanxana və restoranlarda qiymətlərdən narazı olduğuna görə səfər planlarını təxirə salmalı olurlar. Başqa sözlə, səyəhət etməyənlərin 37%-i bunu iqtisabdi imkanlarla əlaqələndirib.
Təqribən milyon nəfər və ya səyahət etməyənlərin 15,5%-i otel və restoranlardakı xidmətlərin onları qane etmədiyini əsas gətirir.
Araşdırma göstərir ki, əhalinin 313,4 min nəfəri sadəcə səyahətə marağı yoxdur. 62,7 min nəfər və ya səyahət etməyənlərin 1%-i səfər edəcəyi təqdirdə təhlükəsizliyinə əmin olmaması səbəbilə səyahətdən imtina edir.
59,6 min nəfər (0,9%) səhhəti imkan verməməsinə görə, 138,1 min nəfər (2,2%) isə digər səbəblərdən səyahət etmir.