Azərbaycanda bu ilin 9 ayında otellərin gəlirlərinin nə qədər olduğu məlum olub.
Eləcə də bax:Azərbaycanda otel yerlərinin 76%-i – BOŞ QALIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 9 ayı ərzində mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çox və ya 334,0 milyon manat olmuşdur ki, onun da 66,9 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,1 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.