Azərbaycanda fəaliyyət göstərən otellərin mütləq ulduz alması tələb olunacaq.
FED.az xəbər verir ki, bu barədə "Turizm Haqqında" qanun layihəsində göstərilib.
Eləcə də bax: “Absheron Hotel Group”un maliyyəsi xanıma - HƏVALƏ EDİLİB
Bakıda keçirilən Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxış edən Dövlət Turizm Assosiasiyasının (DTA) Qanunvericilik və daxili nəzarət şöbəsinin rəhbəri Qiyafət Xeyirxəbərli bildirib ki, yeni qanun layihəsinə görə, otellərə ümumilikdə 1 il vaxt veriləcək: "Yeni qanun layihəsinə görə, yeni otel qeydiyyatdan keçdikdən sonra ona 6 ay vaxt veriləcək ki, ulduz almaq üçün müvafiq dövlət qurumuna məlumat versin. Ulduz alındıqdan sonra isə qeyd edilən otelə verilən ulduzun turizm reyestrnə daxil olması üçün isə 15 gün əlavə vaxt verilir.
Bəzən bizə sual olunur ki, niyə ulduz almaqla bağlı tələb qoyulur. Çünki ulduzu olmayan otellər elə 1 ulduzlu otel kimi anlaşılır. Amma onu deyim ki, ulduz olanda müştərilərdə həmin otelin xidmətləri ilə bağlı daha aydın təsəvvür formalaşır".
DTA rəsmisi əlavə edib ki, yeni qanun imzalandıqdan dərhal sonra qüvvəyə minməyəcək: "Yeni qanun digər qanunlar kimi Milli Məclisdə qəbul edildikdən və Prezident tərəfindən imzalandıqdan dərhal sonra deyil, 6 ay sonra qüvvəyə minəcək. Bu isə otellər üçün əlavə 6 ay güzəşt müddəti deməkdir. Bu müddətdə isə bütün otellər ulduz alacaq".
Eləcə də bax: Azərbaycanda otellər - 90% DOLUDUR - AÇIQLAMA
Report