2019-cu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz çoxdur. Gecələmələrin 55,7 faizi Bakıda, 9,4 faizi Qəbələdə, 9,0 faizi Qubada, 5,5 faizi Xaçmazda, 3,4 faizi Naftalanda, 2,8 faizi Qusarda, 2,5 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Qaxda, hər birində 1,0 faiz olmaqla Mingəçevir və Lənkəranda, 8,5 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Eləcə də bax:Azərbaycanda turizm şirkətlərinin - GƏLİRLƏRİ ÇOXALIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 1743,9 min olmuşdur ki, bu da ümumi gecələmələrin 65,4 faizini təşkil edir. Gecələmələrin 15,6 faizi Səudiyyə Ərəbistanı, 11,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,4 faizi Rusiya Federasiyası, 5,8 faizi İsrail, 5,5 faizi Hindistan, 5,1 faizi İran, 4,6 faizi Türkiyə, 3,6 faizi Küveyt, 3,1 faizi Böyük Britaniya, hər biri üzrə 2,0 faiz olmaqla ABŞ və Qətər, 1,9 faizi Pakistan, 1,6 faizi Çin,1,4 faizi İraq, 1,3 faizi Qazaxıstan, hər biri üzrə 1,1 faiz olmaqla Almaniya və Bəhreyn, 22,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Eləcə də bax:İstanbula gələn turistlərin sayı - ƏHALİNİN SAYINI KEÇƏCƏK
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 76,2 faizi Bakı şəhərində, 10,0 faizi Qəbələdə, 3,7 faizi Qubada, 2,8 faizi Naxçıvan Muxtar Respublikasında, 2,7 faizi Naftalan şəhərində, 4,6 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,1 faiz artaraq 922,8 minə çatmışdır.
Cari ilin doqquz ayı ərzində mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çox və ya 334,0 milyon manat olmuşdur ki, onun da 66,9 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,1 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 2,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2019-cu ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 23,6 faiz (2018-ci ilin yanvar-sentyabr aylarında 21,9 faiz) təşkil etmişdir. Bu göstərici Qubada 54,3 faiz, Naftalanda 53,7 faiz, Şabranda 50,6 faiz, Qəbələdə 40,8 faiz, Bakıda 32,6 faiz, Beyləqanda 32,0 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.
Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (46,4 faiz) avqust ayında qeydə alınıb.