2020-ci il ərzində COVİD-10 koronavirus pandemiyası səbəbindən Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 3,8 dəfə azalıb.
Eləcə də bax: Azərbaycanda COVİD-19-a baxmayaraq mehmanxanaların - Sayı Artıb
FED.az xəbər verir ki, xüsusilə, ötən il bu cür obyektlərin gəlirlərinin həcmi 2019-cu ildə 450,188 milyon manata qarşı 116,798 milyon manat təşkil edib.
Eyni zamanda, ötən il Bakıda mehmanxanaların mənfəəti 75,961 milyon manat təşkil edib (azalma 4.4 dəfə).
Hesabat dövründə gəlirlərin strukturunda əsas pay 70,273 milyon manat (xüsusi çəki 60,2%) - nömrələrin satışından əldə olunub. Gəlirlərin qalan məbləği ictimai iaşə xidmətləri - 33,928 milyon manat, müalicə və sağlamlıq xidmətlər – 2,895 milyon manat, konfrans zallarının icarəsi – 751,6 min manat, ekskursiyalar – 13,5 min manat və digər xidmətlər – 8,935 milyon manat arasında bölünüb.
Həmçinin, 2020-ci ildə mehmanxanaların xərcləri 44,3% - 171,805 milyon manatadək azalıb. Bakılda mehmanxanaların xərcləri təxminən 2 dəfə - 98,785 milyon manata qədər azalıb.
Ölkədə otellər və mehmanxana tipli müəssisələrin xərclərinin əsas payını əmək haqqlarının ödənişi təşkil edib – 68,316 milyon manat (xüsusi çəki – 39,8%).
Bundan başqa, xərclərin strukturunda yemək və içkilərin hazırlanması üçün ərzaqlar 19, 456 milyon manat, yanacaq və enerji – 11,623 milyon manat, suyun alınmasına – 1,464 milyon manat, icarəyə - 3,798 milyon manat, əsas vasitələrin təmiri – 1,515 milyon manat, vergilər – 15,018 milyon manat, reklam – 660,8 min manat, digər məqsədlər – 49,955 milyon manat təşkil edib. (İnterfaks)