Azərbaycanda rayonlara görə, otellərin nə qədər qazandığı məlum olub. Ümumilikdə isə Azərbaycanda olan otellərinin gəlirləri artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr dövrünə Azərbaycanda yerləşən otellər 334 milyon 044 min 400 manat qazanıblar. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 47 milyon 878 min manat və ya 16,73% çoxdur.
Eləcə də bax:Dövlət reyestrinə özü haqqında daha çox məlumat verən hotellərin - REYTİNQ BALI ARTACAQ
334 milyon 044 min 400 manat gəlirin 241milyon 854 min manatı və ya 72,40%-i Baki otellərinin payına düşüb.
Bakıdan sonra ən çox gəlir Quba-Xaçmaz iqtisadi rayonun payına düşüb - 31 milyon 454 min manat. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 276 min manat və ya 15,73% çoxdur. Gəlirin 11 milyon 905 min manatı Qusar otellərinin payına düşüb.
Ölkə üzrə gəlirinə görə, sıralamada 3-cü olan iqtisadi zona Şəki-Zaqatala iqtisadi rayonu olub. Bu ilin yanvar sentyabr dövründə buradakı otellər 28 milyon 750 min manat gəlir götürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 456,90 manat və ya 1,56% azdır. Məlumat üçün bildirək ki, ötən ilin yanvar-sentyabr aylarında Şəki-Zaqatala iqtisadi rayonunda otellərin gəliri 29 milyon 207 min manat olub.
Bu il Qəbələ rayonun otellərinin gəlirləri 25 milyon 442 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 057 min 900 manat və ya 3,99% azdır.
Ötən illə müqayisədə bu il otellərdən ən az gəlir götürən iqtisadi zona isə Yuxarı Qarabağ iqtisadi rayonu 33 min 200 manat və Aran iqtisadi rayonu olub - 2 milyon 300 min 800 manat .