Banner

Turizm

Azərbaycanda qonaqlayan turistlərin - SAYI ARTIB

Azərbaycanda qonaqlayan turistlərin - SAYI ARTIB | FED.az
09:41 5 Dek 2019

Azərbaycanda mehmanxanada yerləşdirilən turistlərin sayı artıb

FED.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilən turistlərin sayı   1 502 374 nəfər təşkil edib. Bu say ötən ilin eyni dövrü ilə müqayisədə 78 559 nəfər və ya 5,51% çoxdur.

Eləcə də bax:Martin Kleinmann: "Azərbaycanda hotellər azdır, olanlar - BAKIDA TOPLANIB"

Bu il yerli otellərdə qonaqlayan azərbaycanlı turistlərin sayı 478 537 nəfər, xarici turistlərin sayı isə 1 023 837 nəfər təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il yerli otellərdə qonaqlayan xarici turistlərin sayı 9 483 nəfər və ya 0,93% çoxdur. Həmçinin ölkə daxili otellərdə qonaqlayan yerli turistlərin sayında da artım olub. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında ölkə daxilində otellərdə qonaqlayan azərbaycanlı turistlərin sayı 409 461 nəfər olduğu halda bu il bu rəqəm 69 076 nəfər və ya 16,86%artaraq 478 537 nəfər təşkil edib.

Digər xəbərlər

Banner