Azərbaycanın turizm şirkəti müflis elan olunub.
Eləcə də bax: Hotel şirkəti səhm bazarına - DAXİL OLUR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “İz Travel” MMC-nin müflis elan edilməsi barədə kreditor İsmayılova Səbinə Fərhad qızı (Bakı. Bakıxanov qəs. H.Balakişiyev kü. ev 31) tərəfindən verilmiş iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində 21.02.2022-ci il tarixində, saat 11-50-də həmin məhkəmənin inzibati binasında baxılacaqdır.
Qeyd edək ki, “İz Travel” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Emilya Həsənovadır. İz Travel şirkəti ölkəmiz Azərbaycanı görmək istəyən başqa ölkələrdən turistlərin qəbulu ilə məşğuldur.