Azərbaycanda ən çox hansı bölgənin otellərində işçi olduğu məlum olub. FED.az xəbər verir ki, ölkədə ən çox işçisi olan otellər Bakıdadır. Belə ki, paytaxtın mehmanxana və mehmanxana tipli obyektlərində 5 555 nəfər çalışır. Bu göstərici ölkə üzrə bu sahədə çalışanların 46,19%-dir.
Eləcə də bax:Dövlət reyestrinə özü haqqında daha çox məlumat verən hotellərin - REYTİNQ BALI ARTACAQ
Ümumilikdə isə bu ilin yanvar-sentyabr tarixlərində ölkə üzrə mehmanxana və mehmanxana tipli obyektlərdə işləyənlərin sayı 12 025 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1529 nəfər və ya 14,56% çoxdur.
Bakıdan sonra ən çox işçisi olan otellər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Burada otellərdə çalışanların sayı 1 923 nəfərdir.
İşçilərinin sayına görə, sıralamada üçüncü Şəki-Zaqatala iqtisadi rayonunun otelləridir. Buradakı otellərdə işləyənlərin sayı 1 798 nəfərdir.
Ölkə üzrə ən az işçisi olan mehmanxanalar Aran qitisadi rayonu üzrədir. Bu bölgədəki otellərin işçilərinin cəmi sayı 300-nəfərdir.