Azərbaycanda Qusar rayonundakı «Şahdağ», Qəbələdəki «Tufandağ» və Naxçıvanın Şahbuz rayrnundakı «Ağbulaq» qış turizm kompleksindən sonra, növbəti xizək kompleksi ölkənin cənub bölgəsində yaradılacaq.
FED.az xəbər verir ki, hazırda Ləknkəranın Həftoni qəsəbəsində böyük hotel kompleksinin tikintisi aparılır. Bu barədə FED.az-a məlumat verən Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimovun sözlərinə görə, tikintisi «Paşa Holdinq» tərəfindən aparılan hotel 450 nəfərlikdir. Bu otel Dağlıq ərazidə yerləşən oteldə «İsti su» ilə müalicəvi şərait yaradılması ilə yanaşı, otelin ətrafında qış turizmi üçün şərait, o cümlədən xizək və kanat yollarının tikintisi də nəzərdə tutulur.
Rayonda ikinci böyük hotel isə Lənkəranının girişində inşa edilir. Bu otel 600 nəfəri qəbul edə biləcək.
Eləcə də bax: 16% "Şahdağ" və "Tufandağ"ı seçib