Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq 3 şirkətlə 3 yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir.
FED.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
O qeyd edib ki, yeni turizm zonaları Xızı-Nabran zonasında, Quba və Qusarda yerləşir.
Ə.Qarayev deyib ki, turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək: "Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə turizm infranstrukturunun qurulmasına imkan yaratmalıdır".
Nazir bildirib ki, son zamanlar regionlarda 3 ulduzlu hotellərin tikintisinə daha çox önəm verirlər.