2020-ci ildə Azərbaycanda 132 turizm şirkəti fəaliyyətini dayandırıb.
Eləcə də bax: Rayonlarda otellərin “Yay” təklifləri – 1 Gecəyə 1 200 Manat - Qiymətlər
FED.az xəbər verir ki, 2019-cu ilin sonunda ölkədə 432 qeydiyyatdan keçmşi turizm şirkəti olduğu halda 2020-ci ilin sonunda bu rəqəm 300-ə enib.
Bağlanan şirkətlərin hamısı özəl sektorda çalışanlar olub - 430 şirkətdən 298-i qalıb.
O cümlədən ötən il 10 xarici turizm şirkəti və 1 birgə şirkət bağlanıb.
Şirkətlərin fəaliyyətini dayandırması nəticəsində turizm şirkətlərində çalışanların sayı 740 nəfər azalaraq 2205 nəfərdən 1464 nəfərə düşüb. Bu dövrdə dövlət sektorunda işçilər 10 nəfər artsa da özəl sektorda 750 nəfər azalıb.