“Bu ilin sonunadək keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq Proqramının imzalanması planlaşdırılır”.
FED.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Eləcə də bax: Bakıda “Old City Inn” hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla - QARŞILAŞIB
Nazir qeyd edib ki, əməkdaşlığın daha bir istiqaməti turizmdir və son illərdə bu sahədə əlaqələrimiz genişlənir:
“Azərbaycana gələn turistlərin sayında Rusiya birinci yerdədir. Ötən il Azərbaycana Rusiyadan gələnlərin sayı 880 min təşkil edib. Artım bu il də davam edir. Belə ki, 2019-cu ilin birinci yarısında rusiyalı turistlərin sayı 2,5 faiz artıb. Onu da qeyd edim ki, Azərbaycandan Rusiyanın müxtəlif şəhərlərinə həftədə 100-dən çox birbaşa aviareys həyata keçirilir. 2018-ci ildən Moskva şəhərində Azərbaycan Turizm Bürosunun nümayəndəliyi fəaliyyət göstərir. Turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün iki ölkə arasında növbəti üç il müddətinə əməkdaşlıq proqramının imzalanması nəzərdə tutulur. Görülən bu işlər nəticəsində Azərbaycan ilə Rusiya arasında turistlərin sayının daha da artacağı gözlənilir”.
Marja