Bu ilin yanvar-fevral aylarında Azərbaycana İrandan gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 33% az olub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.
“Bu, İrana qarşı tətbiq edilmiş sanksiyalarla bağlıdır. Məsələn, ötən il bu ölkədən digər ölkələrə getniş turistlərin sayında ümumilikdə 53% azalma olub”, - deyə o, bildirib.
Eləcə də bax: AZAL Bakı-Almatı aviareysi üzrə birbaşa uçuşlara başlayıb
Bundan başqa, Agentlik rəsmisinin sözlərinə görə, bu ilin ilk 2 ayında Azərbaycana gələn xarici turistlərin sayında illik müqayisədə 3% artım olub: “Bu artım əsasən yeni bazarlar hesabına formalaşıb”.
K.Quluzadə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin də sayından təxminən 7% azalma olduğunu qeyd edib: "Həmin ölkələrdən Azərbaycana birbaşa uçuşlar azalıb. Ümumiyyətlə isə Yaxın Şərq regionu bir qədər qeyri-sabit bazar hesab olunur".