Bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 milyon 748 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Azərbaycana təyyarə ilə səfər edənlərin sayı 35 % artıb - ƏN ÇOX RUSİYADAN DAŞINIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 28,7 %-i Rusiya, 16,2 %-i Türkiyə, 9,2 %-i Hindistan, 8,1 %-i İran, 4,4 %-i Səudiyyə Ərəbistanı, 4,0 %-i Gürcüstan, 3,3 %-i Qazaxıstan, 2,8 %-i Pakistan, 1,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,7 %-i Özbəkistan, 1,5 %-i Çin, hər birindən 1,4 % olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 % olmaqla İsrail, Türkmənistan və Oman, 1 %-i Belarus, 10,9 %-i digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,8 %-ni kişilər, 33,2 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,4 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Çindən - 2 dəfə, İspaniyadan - 1,8 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Filippindən - 1,6 dəfə, Qazaxıstandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, İordaniyadan - 1,5 dəfə, Omandan - 49,6 %, İrandan - 42,1 %, İtaliyadan - 35 %, Polşadan - 33,7 %, Səudiyyə Ərəbistanından - 31,4 %, Türkmənistandan - 30,3 %, Yəməndən - 28,1 %, Misirdən - 26,7 %, Küveytdən - 23,8 %, ABŞ-dan - 21,6 %, Özbəkistandan - 20,9 %, Ukraynadan - 18,9 %, Türkiyədən - 18,8 %, Almaniyadan - 18,6 %, Rusiyadan - 17,7 %, Fransadan - 12,6 %, Gürcüstandan - 10,9 %, Moldovadan - 10,9 %, Tacikistandan - 10,8 %, Bəhreyndən - 10,5 %, Birləşmiş Ərəb Əmirliklərindən - 10,1 % artıb.
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 34,5 % artaraq 307,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,5 % artaraq 67,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 % artaraq 663,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 %-i hava, 23,2 %-i dəmir yolu və avtomobil, 1,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.