Bu il Azərbaycana xaricdən gələnlərin sayında 7%-dən çox artım var.
FED.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına əsasən 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1 milyon 777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox xarici şəxs gəlib.
Gələnlərin
30,6 faizi Rusiya Federasiyası,
22,8 faizi Gürcüstan,
9,9 faizi Türkiyə,
7,2 faizi İran,
3,6 faizi Səudiyyə Ərəbistanı,
2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri,
hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan,
hər birindən 1,5 faiz olmaqla Türkmənistan və İraq,
hər birindən 1,4 faiz olmaqla Qazaxıstan, İsrail və Pakistan,
1,3 faizi Böyük Britaniya,
11,2 faizi digər ölkələrin vətəndaşları,
0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Azərbaycana gələn turistlərin 66,8 faizi kişilər, 33,2 faizi isə qadınlardır.
Azərbaycana yanvar-iyul aylarında gələnlərin sayında ən çox artım Misir (83,2 faiz), Hindistan (80,6 faiz), Türkmənistan (78,5 faiz), Çin (74,3 faiz), Səudiyyə Ərəbistanı (48,8 faiz), Macarıstan (48,1 faiz), Böyük Britaniya (30,9 faiz), Cənubi Koreya (30,9 faiz), Yaponiya (29,3 faiz), Polşa (27,7 faiz), Kanada (25,2 faiz), Almaniya (25,1 faiz) və Gürcüstan (23,4 faiz) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,3 faiz artaraq 83,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 6,7 faiz artaraq 655,1 min nəfər olub.
Xaricilərin 57,8 faizi Azərbaycana dəmir yolu və avtomobil, 41,4 faizi hava, 0,8 faizi isə gəmi ilə gəlib.
Azərbaycana hələlik ən çox turist - RUSİYADAN GƏLİR - SİYAHI
12:22
21 Avq 2019