Azərbaycana gələn xarici turistlərin sayında artım davam edir. FED.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, 2019-un yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 923,8 min və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 faiz çox xarici gəlib.
Eləcə də bax: Azərbaycana gələn turistlərin sayı - 13% ARTIB - Ən çox turist - RUSİYADAN GƏLİB
Gələnlərin 29,7 faizi Rusiya Federasiyası, 22,6 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 8,0 faizi İran, 3,5 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 1,9 faizi Ukrayna, 1,7 faizi Türkmənistan, 1,6 faizi İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan və İsrail, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur.
Gələnlərin 66,3 faizini kişilər, 33,7 faizini isə qadınlar təşkil etmişdir.
Bəzi ölkələrdən Azərbaycana axın güclənib. Belə ki, yanvar-noyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (90 faiz), Hindistan (67,7 faiz), Çin (63,1 faiz), Misir (58,5 faiz), Malayziya (51,2 faiz), Səudiyyə Ərəbistanında (46,1 faiz) qeydə alınıb.
Bununla yanaşı, Avropa və inkişaf etmiş ölkələrdən gələn turistlərin sayında da artım var. Belə ki, Macarıstan (32,8 faiz), Polşa (31,7 faiz), İspaniya (26,6 faiz), Böyük Britaniya (26,5 faiz), Cənubi Koreya (20,2 faiz), Almaniya (19,8 faiz) turistlərinin sayında ciddi artım baş verib.
Özbəkistan dan gələnlər (27,3 faiz), Filippindən (26,5 faiz), Qazaxıstandan (24,1 faiz), Gürcüstan (20,1 faiz) artıb.
Ümumiyyətlə, 2019-cu ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,0 faiz artaraq 130,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,1 faiz artaraq 1060,0 min nəfər olub.