Azərbaycana gələn turistlərin ən çox nədən narazı olduqları bəlli olub. FED.az xəbər verir ki, ölkəmizə gələn turistlər daha çox məlumatsızlıqdan əziyyət çəkirlər. Belə ki, FED.az-a məsələ ilə bağlı açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, Azərbaycana gələn turistlər vaxtlarını daha əyləncəli harada və neçə keçirə biləcəkləri barədə məlumat əldə edə bilmədiklərini bildirirlər. Həmçinin xarici turistlər Azərbaycana gələrkən tapa bilmədikləri məlumatlardan biri də milli yeməklər təqdim edən restoranlar barədədir.
Eləcə də bax: Azərbaycana çoxdəfəlik giriş vizası üçün məbləğ - MƏLUM OLDU
Ölkələrə görə, turistlərin maraq dairələri də dəyişir. Ceyhun Aşurovun sözlərinə görə, iranlı turistlər qiymətə həssas olduqları üçün daha çox ucuz alış-veriş olan yerləri axtarırlar.
Alman turistlər isə daha çox əyləncə yerlərinə yaxın yerdə olmağı və yaxşı xidmətə üstünlük verirlər. Ərəb turistlərin gəlincə isə onların daha çox dəbdəbəli, təmtəraqlı məkanlara üstünlük verdikləri bildirilir.