Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana xarici ölkələrdən 2 milyon 209,6 min nəfər əcnəbi gəlib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əcnəbilərin 1 milyon 568 min nəfəri turizm, 641,1 min nəfəri digər məqsədlərlə gəlib.
İllik müqayisədə gələn əcnəbilərin sayı 486,1 min nəfər (28,2%), turistlərin sayı 399,4 min nəfər (34,2%), digər məqsədlərlə gələnlərin sayı 86,7 min nəfər və ya 15,6% artıb.
Turistlər gələn əcnəbilərin 678%-ni, digər məqsədlərlə gələnlərin sayı 32,2%-ni təşkil edib.