“Azərbaycana gələn bütün sərnişinlərin son 48 saatda aldıqları koronavirusdan neqativ nəticə olduğunu göstərən arayış olmalıdır”.
FED.az biznes xəbərləri portalı “Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib.
O bildirib ki, hər bir sərnişinin temperaturu ölçüləcək və dezinfeksiya olunacaq: “Temperaturu yüksək olan şəxslər tibb müəssisələrinə köçürüləcək”.