Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən turizm şirkətlərinə güzəştlər edilməsi mexanizminin yaradılması nəzərdə tutulub.
FED.az xəbər verir ki, Azərbaycana turist səfərlərini və çarter uçuşlarını təşkil edən yerli və xarici turizm şirkətlərinə subsidiyaların verilməsi, güzəştlərin edilməsi mexanizminin yaradılması, yerli istiqamətdə uçuşların müəyyən olunması və rayonlarda mövcud olan hava limanlarının potensialından geniş istifadə ilə bağlı Fəaliyyət Planı AZAL və Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılıb.
Gəncə-Naxçıvan reysinin bərpası planlaşdırılan uçuşlar siyahısına əlavə edilib.
Bununla yanaşı, 2019-2020-ci illərdə Azərbaycanın qərb regionunda turizm və rekreasiya zonalarının yaradılması və baş inkişaf planlarının hazırlanması nəzərdə tutulur.