Azərbaycan və Avstraliya qarşılıqlı turist axınını artırmağı planlaşdırır.
FED.az-ın məlumatına görə, bunu Azərbaycanın Avstraliyadakı Ticarət Palatasının prezidenti Nizami Cəfərov bildirib.
ELƏCƏ DƏ BAX: Naxçıvanda yeni turizm bölgəsi yaradıldı – SƏRƏNCAM
N. Cəfərov qeyd edib ki, hazırda Palata ölkənin avstraliyalı turistlər arasında populyarlaşması üçün yeni yaradılmış Azərbaycan Turizm Şurası ilə fəal işləyir:
“Hər iki ölkənin bir sıra turizm şirkətləri ilə danışıqlar aparılır, inkişaf strategiyası hazırlanır”.
Qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 194 ölkədən 2 420,4 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz çoxdur. 2017-ci ildə Azərbaycana 2 455 avstraliyalı turist səfər edib. Bu, 2016-cı illə müqayisədə 24,6 faiz çoxdur.
Azərbaycana bu ölkədən də turist gələcək – HAZIRLIQ GEDİR
22:00
29 Noy 2018