2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5,8 dəfə azalaraq 162,8 min nəfər olub.
Eləcə də bax: Azərbaycana turist axını - 3 Dəfədən Çox Azalıb
FED.az xəbər verir ki, səyahət edən ölkə vətəndaşlarının 42,4 faizi Türkiyəyə, 22,1 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 6,9 faizi İrana, 19,2 faizi digər ölkələrə səfər edib.
Gedənlərin 75,4 faizini kişilər, 24,6 faizini qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 28,5 dəfə, Gürcüstana gedənlərin sayı 18,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 5,4 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,3 dəfə azalıb.
2021-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 25,1 faizi dəmir yolu və avtomobil, 6,3 faizi isə dəniz nəqliyyatından istifadə edib. (Trend)