Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilib.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunda əksini tapıb.