Avqust ayının 1-dən etibarən daha 2 ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər. FED.az xəbər verir ki, Bosniya və Herseqovina və Sinqapur Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək Azərbaycana turizm məqsədilə səfərlərdə viza tələbi ləğv edilib.
Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, vizanın qaldırılmasında məqsəd səyahəti asanlaşdırmaq və turizmin inkişafıdır.
Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb
Yeni qaydalara əsasən, bu ölkələrin vətəndaşları qarşıdakı 1 il ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər:
"Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan şəxslər isə qanuna uyğun qaydada viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər"-deyə məlumatda bildirilir















