2018-ci ildə Azərbaycan vətəndaşlarına verilmiş Bolqarıstan vizalarının sayı 2017-ci illə müqayisədə 40% artıb.
FED.az xəbər verir ki, bunu bolqar mətbuatına açıqlamasında Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov bildirib.
Diplomat kəskin artımı 1 il bundan əvvəl Bakıdan Sofiyaya açılmış birbaşa aviareyslə izah edib: "Baxmayaraq ki, ötən il bu marşrut mütəmadi olaraq xidmət göstərməyib. Bu ilin yazından isə mütəmadi uçuşlar bərpa ediləcək".
Eləcə də bax: Səyahət etmək üçün Avropanın - ƏN UCUZ ŞƏHƏRLƏR
Xatırldaq ki, ötən ilin yanvarın 16-da Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışı baş tutub. Avia reysin açılışda Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkədə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər. Bakı-Sofiya aviareysin açılması barədə razılıq Prezident İlham Əliyev və onun bolqar həmkarı Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində əldə olunub. Sofiya Azərbaycanın ilk loukosteri "Buta Airways"in birbaşa uçuşlar yerinə yetirəcəyi ilk Avropa İttifaqı şəhəri olub. Uçuşlar həftədə bir dəfə çərşənbə axşamı günləri həyata keçirilir.