«Henley & Partners» şirkəti dünya ölkələrinin pasportlarının növbəti reytinqini dərc edib.
FED.az xəbər verir ki, 200 ölkəni əhatə edən reytinqə əsasən, Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilərlər. Son 10 ildə bu rəqəm 22 ölkə artıb.
Bəzi ölkələrin pasportları böyük sayda ölkələrə vizasız getmək hüququ verir. Həmin ölkələrin vətəndaşlığını almaq üçün yatırım etmək tələb olunur. Məsələn, Malta pasportu dünyanın 182 ölkəsinə vizasız getməyə imkan verir. Bu ölkənin vətəndaşlığını almaq üçün 1 milyon avro yatırım tələb olunur. Pasport yatırımdan bir il sonra verilir.
Yunan Kirpinin – 172 ölkəyə səfər etməyə imkan verən pasportunu almaq üçün isə 2,5 milyon avro yatırım etmək lazımdır. Pasport yatırımdan yarım il sonra verilir.
Monteneqro vətəndaşları isə 122 ölkəni vizasız gəzə bilərlər. Bu pasportun sahibi olmaq üçün 350 min avro yatırım tələb olunur.
Azərbaycan pasportu ilə 66 ölkəyə vizasız getmək olar – YENİ REYTİNQ
09:46
14 Avq 2019