2018-ci ilin birinci rübündə ölkə üzrə mehmanxanalarda 586 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur. Gecələmələrin 58 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 8,6 faizi Qusarda, 4,8 faizi Naftalanda, 3,8 faizi Naxçıvan Muxtar Respublikasında, 3,7 faizi Qubada, 1 faizi Gəncədə, hər birində 0,8 faiz olmaqla Lənkəranda və Masallıda, hər birində 0,5 faiz olmaqla Tovuzda və Qazaxda, 7,8 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 439,8 min təşkil edib.
Bu da ümumi gecələmələrin 75,1 faizini təşkil edir. Gecələmələrin 18,3 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, 14 faizi Rusiya Federasiyası vətəndaşları, 9,4 faizi İran vətəndaşları, 4,9 faizi Türkiyə vətəndaşları, 4,4 faizi ABŞ vətəndaşları, 3,7 faizi Qətər vətəndaşları, 3,3 faizi Böyük Britaniya vətəndaşları, 3,1 faizi Küveyt vətəndaşları, 1,6 faizi Ukrayna vətəndaşları, 1,5 faizi Almaniya vətəndaşları, 0,8 faizi İtaliya vətəndaşları, 0,7 faizi Gürcüstan vətəndaşları, 34,3 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb
Eləcə də bax: “Sizdə darıxdırıcıdır, həm də bahalıq” - XARİCİ TURİST
Cari ilin birinci rübündə mehmanxanaların gəlirləri 73,1 milyon manat olmuşdur ki, onun 64,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,5 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 4,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20 faiz təşkil edib. Bu göstərici Naftalanda 52 faiz, Bakıda 32,1 faiz, Qusarda 24,2 faiz, Qəbələdə 22,9 faiz, Qubada 21,7 faiz, Naxçıvan Muxtar Respublikasında 9,1 faiz, Lənkəranda 7,6 faiz, Şəkidə 6,5 faiz, Şamaxıda 4,2 faiz, Gəncədə 2,8 faiz, Qaxda 2,5 faiz, digər şəhər və rayonlarda isə 2,5 faizdən aşağı olub.