“Düzgün yönəldilmiş investisiyaların sayəsində Gürcüstanda dövlət və beynəlxalq əhəmiyyətli yolların vəziyyəti yaxşılaşdırılır”.
Eləcə də bax: Vaksin olunanlar Türkiyə və Gürcüstana - Test Vermədən Gedəcək
FED.az xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.
Hökumət başçısı gələcək illərdə infrastruktur layihələrə 31 milyard lari vəsaitin xərclənəcəyini bildirib.
İ.Qaribaşvili Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər yolun inşası məsələsinə də toxunub: “Müasir təhlükəsizlik standartlarına cavab verəcək Qırmızı körpü-Sarpi avtomobil yolunun inşası başa çatdırıldıqdan sonra səyahət müddəti yarıyadək azalaraq 8 saat əvəzinə 4 saat təşkil edəcək”. (Report)