Martın 17-dən 19-dək Rusiya paytaxtında 27-ci Moskva Beynəlxalq Turizm Sərgisi (MİTT) keçiriləcək.
FED.az xəbər verir ki, sərgidə Azərbaycan 25 şirkətlə təmsil olunacaq. Həmçinin ölkəmizin turizm potensialı barədə də məlumatlar veriləcək.
Qeyd edək ki, turizm mövsümü ərəfəsində keçirilən MİTT beynəlxalq turizm liderlərinin görüşdüyü, bazardakı yeniliklərin nümayiş olunduğu ən böyük beynəlxalq tədbirdir. Bu il 65 min kvadratmetrdən artıq sahəni əhatə edəcək sərgidə 65 ölkənin nümayəndələri iştirak edəcək. Tərəfdaş ölkə qismində Yunanıstanın iştirak edəcəyi sərginin birinci günü “Yunanıstanın bölgələrinin turizm imkanları” adlı tədbir başlayacaq, bu ölkənin turizm naziri Haris Theoharisin mətbuat konfransı keçiriləcək.
Həmçinin bu il Türkiyə Səyahət Agentlikləri Asosiasiyasının (TürSAB – Türkiye Seyahat Agentaları Birliği) da iştirak edəcəyi sərginin ikinci günü, martın 18-də bu ölkə ilə Rusiya arasında diplomatik münasibətlər qurulmasının 100 illiyinə həsr olunan Türkiyə Günü keçiriləcək.
Report