2019-cu ildə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu 4,7 milyon sərnişinə xidmət edib. 2020-ci ilin əvvəlindən isə də bu rəqəm 760 min nəfər təşkil edib”.
Təcili: AZAL yeni uçuş qaydalarını – AÇIQLADI - FOTO, VİDEO
FED.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.
O bildirib ki, 2020-ci il başlayandan bu günədək olan məlumata görə, 760 min sərnişinə xidmət göstərilib: “İyunun sonuna kimi 2 milyon sərnişinə xidmət etmək nəzərdə tutulmuşdu. Burada fərqi və ziyanı görmək olur".
Koronavirus (COVID-19) pandemiyası milli aviaşirkətə təsirini göstərir. Amma dövlət AZAL-a maddi yardım edir. Cənab prezidentin diqqət və qayğısı ilə əməkdaşlarımız bu gün də maaşlarını tam alır və başqa aviaşirkətlərdən fərqli olaraq bir nəfəri də işdən azad etməmişik", - deyə o, qeyd edib.