“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti hazırda İstanbulun Atatürk hava limanına hərəkət edən reysləri üçüncü hava limanına yönləndirəcək.
Bu barədə FED.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
P.Kəsəmənskinin sözlərinə görə, yeni hava limanına müntəzəm reyslər həm AZAL, həm də “Silk Way” tərəfindən həyata keçiriləcək:
“Yeni hava limanında tarif siyasəti “Atatürk” hava limanı ilə eyni səviyyədə qalacaq”.
P.Kəsəmənski əlavə edib ki, “Buta Airways” aviaşirkəti indiki tarif siyasəti çərçivəsində “Sabiha Gökçən” hava limanına reysləri davam etdirəcək.